Politoloq: "Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollarlıq investisiya qoyması müzakirə edilir"

GÜNDƏM 24 fevral 2025, 18:34
"Pakistan baş nazirinin ölkəmizə səfəri artıq son 1 ildə ikinci rəsmi səfər kimi qiymətləndirilir.  Onun COP29-da iştirakını və Azərbaycan Prezidentinin Pakistana səfərini nəzərə alsaq, son 1 ildə artıq hər iki ölkə liderləri 5 görüş keçiriblər. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Pakistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyan, ərazilərimizin işğaldan azad olunmasında çox ciddi siyasi və mənəvi bir ölkə kimi tarixə keçib. Azərbaycan xalqı da Pakistanın bu mövqeyini hər zaman qiymətləndirir, doğma hesab edir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

"İki ölkə arasında son illər investisiya qoyulması ilə bağlı iqtisadi məsələlər də ciddi şəkildə müzakirə edilir. Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollarlıq investisiya qoyması, neft və qeyri-neft sektoru da müzakirə edilir. Pakistan istehsalı olan hərbi təyyalərlə bağlı razılaşmalar var. Pakistanın paytaxtı İslamabadın abadlaşdırılması ilə bağlı Azərbaycanın müəyyən təşəbbüsləri var. Pakistan və Azərbaycan Türkiyənin üçlü, həm də yaxın müttəfiqlik münasibətləri var. Vaxtaşırı birgə hərbi təlimlərin keçirilməsi də bu münasibətlərin göstəricisidir. Baş nazirin bu səfəri də hər iki ölkə arasında bundan sonrakı münasibətlərə də pozitiv təsir edəcək, daha da möhkəmlənəcək".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top