Zeytun yağının sağlamlığa müsbət təsiri uzun illərdir elmi araşdırmaların mövzusudur. Journal of the American College of Cardiology (JACC) jurnalında dərc edilən bir araşdırmaya görə gündə 7 qramdan çox zeytun yağı istehlakının ürək xəstəlikləri, xərçəng, neyrodegenerativ pozğunluqlar və tənəffüs problemlərindən ölüm riskini azaldır.
Artrit, oynaqlara təsir edən bir qrup iltihabi xəstəlikləri təsvir edən ümumi bir termindir. Oynaqlarda ağrı, sərtlik, şişlik və məhdud hərəkətə səbəb ola bilər. Artrit bir çox növü olan və yaşa, genetik faktorlara və ya həyat tərzinə görə inkişaf edə bilən xroniki bir vəziyyətdir.
Araşdırmalar göstərib ki, zeytun yağının tərkibindəki polifenollar iltihabı azaldır və oynaq ağrılarını aradan qaldırır. Üstəlik, bu faydalar yalnız oynaqlarla məhdudlaşmır, bütün bədənə iltihabı azaldan təsir göstərir.
Zeytun yağı yaxşı xolesterinin (HDL) səviyyəsini artırır, pis xolesterinin (LDL) səviyyəsini aşağı salır, qan təzyiqini tənzimləyir, tromboz riskini azaldır.
Bu təsirlər göstərir ki, zeytun yağı təkcə oynaqlar üçün deyil, həm də ümumi sağlamlıq üçün vacib qida mənbəyidir.
Əfsanə Kamal
Demokrat.az