Xəstənin ağıl dişi yerinə səhvən çənəsi çıxarılıb

DÜNYA 21 fevral 2025, 19:12
İtaliyada bir kişi ağıl dişlərini çıxartmaq üçün xəstəxanaya getdikdən sonra səhvən çənəsini çıxarıblar.

Demokrat.az
xəbər verir ki, bu barədə Daily Mail məlumat verir.

Adı açıqlanmayan şəxs ağıl dişini və ağzındakı kisti çıxartdırmaq üçün diş klinikasına gedib. Lakin biopsiya nəticələrindəki səhvə görə o, çənənin bədxassəli şişindən əziyyət çəkən başqa bir xəstə ilə qarışıb.

Kişi bir neçə həftə sonra test nəticələri üçün klinikaya qayıdanda ona aqressiv xərçəng şişi olduğu bildirilib. Həkimlər onu çənəni çıxarmaq üçün təcili əməliyyata və sonrakı kimyaterapiyaya təkid ediblər. Şokda olan xəstə müalicəyə razılıq verib. Əməliyyat onun ağzının sağ hissəsinin iflici ilə nəticələnib.

Əməliyyatdan bir ay sonra xərçəng testinin nəticələrinin mənfi çıxması həkimləri təəccübləndirib. Bunlar xəstədə şübhələrə səbəb olub və o, başqa ekspert rəyi almaq qərarına gəlib. Roma Katolik Universitetinin laboratoriyası bioloji materialın DNT analizini aparıb və bu, kişinin heç vaxt bədxassəli şişdən əziyyət çəkmədiyini təsdiqləyib.

Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top