Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən söhbət gedəndə Moskva və Vaşinqtonun maraqları üst-üstə düşür.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valts bildirib.
“Düşünürəm ki, müharibənin dayandırılmasında maraqlarımız üst-üstə düşür. Təbii ki, ukraynalılarla hələ də fikir ayrılığı var, ona görə də biz hər iki tərəfi bir-birinə yaxınlaşdırmalıyıq”, - deyə Valts bildirib.
Valts əlavə edib ki, bu, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı ilə başlayan tarixi ilk addımdır. Trampın müşaviri Rusiyanın amerikalı Mark Vogeli azad etməsindən sonra həyata keçirilən etimad tədbirlərinə də diqqət çəkib.
Əfsanə Kamal
Demokrat.az