Zoğal bu infeksiyanın qarşısını alır

DÜNYA 21 fevral 2025, 20:14
İllərdir ki, zoğal sidik yolları infeksiyaları üçün təbii vasitə kimi tanınır.

Demokrat.az
xəbər verir ki, indi Bond Universitetinin araşdırması bu faydanı elmi olaraq təsdiqləyib. Araşdırma nəticəsində məlum olub ki, zoğal suyu içmək sidik yolları infeksiyası riskini 54% azaldır.

“European Urology Focus” jurnalında dərc olunan araşdırmada dünya üzrə 3091 nəfərin iştirakı ilə araşdırma aparılıb.

 Təhlil nəticəsində məlum olub ki, zoğalın tərkibində bakteriyaların sidik yollarının divarlarına yapışmasının qarşısını alaraq infeksiya riskini azaldan birləşmələr var. Bu, həmçinin antibiotiklərə olan ehtiyacı da 59 faiz azaldır.

Sidik yollarının infeksiyaları qadınların təxminən 50%-ni və kişilərin 20%-ni həyatlarının müəyyən bir nöqtəsində təsir edən ümumi sağlamlıq problemi kimi önə çıxır. 

Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top