Qeyri-adi hərəkətlər edən kişi sərnişin təyyarədə öldü

DÜNYA 21 fevral 2025, 13:52
Qeyri-adi davranışlar nümayiş etdirdiyi üçün hava limanında sorğu-sual edilən şəxs qəfil dünyasını dəyişib.

Hadisə İngiltərənin Mançester hava limanına baş verib.
 
Belə ki, 27 yaşlı kişi hava limanında sərhəd polisi tərəfindən qeyri-adi davranış nümayiş etdirdiyi üçün saxlanılıb.

Məlumata görə, səlahiyyətlilər həmin şəxsi təhlükəsizlik yoxlamasından keçərkən saxlayıblar. Saxlanmanın qadağan olunmuş maddə cinayəti ilə bağlı olduğu iddia edilsə də, kişinin səhhətinin qəfil pisləşdiyi və qısa müddət sonra dünyasını dəyişdiyi bildirilib.
 
Hadisə yerinə çağırılan təcili tibbi yardımın bütün müdaxilələrinə baxmayaraq kişi dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. (Azxeber.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top