Beş ay əvvəl hücumda öldürülən “Hizbullah” lideri Həsən Nəsrullahın dəfn mərasimi bazar günü Beyrutun cənub ətraflarında geniş mərasimlə keçiriləcək.
Demokrat.az xəbər verir ki, dəfn mərasimi ötən ilki müharibədə ağır itkilər verən qrupun siyasi gücünü nümayiş etdirmək məqsədi daşıyır. Nəsrullah sentyabrın 27-də Beyrut bunkerində komandirləri ilə görüşərkən İsrailin hava hücumu nəticəsində öldürülüb.
Mərasim Livanın ən böyük stadionunda keçiriləcək və İranla İraqın yüksək vəzifəli şəxslərinin iştirakı ilə siyasi mesaj veriləcək. Mərasimə İranın xarici işlər naziri Abbas Ərakçinin qatılacağı, İraq şiə milis qruplarının bəzi rəhbərlərinin də iştirak edəcəyi bildirilib.
Əfsanə Kamal
Demokrat.az