"Ölkəmizdə avtomobil idarə etmək hüququ sürücülük vəsiqəsi ilə verilir. Sürücülük vəsiqəsi imtahanından öncə sürücülük məktəbi oxunur. Bundan əvvəl bununla bağlı sağlamlıq arayışı təqdim olunur. Şəxsin sağlamlığı yerindədirsə, sürücülük üçün imtahan verə bilir. İmtahandan keçdikdən sonra isə sürücülük hüququnu qazanır".
Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
"Ölkəmizdə yaş həddi ilə bağlı məhdudiyyət yoxdur. Gələcəkdə də belə bir məhdudiyyətin olacağını düşünmürəm. Qəzaların statistikasına baxdıqda qəza edənlərin təxmini yaşı vurğulanmır. Yuxarı yaşlı, ahıl insanların daha çox qəza törətməsi ilə bağlı statistik göstərici yoxdur".
Qeyd edək ki, Avropada qəbul edilən yeni tənzimləmələrə əsasən, yaşı 75-dən yuxarı olan sürücülər tibbi rəyi olsa belə, avtomobil idarə edə bilməyəcək.
Əfsanə Kamal
Demokrat.az