Gəncədə qaz balonu partlayıb: Xəsarət alanların son durumu açıqlandı

HADİSƏ 21 fevral 2025, 20:57

Bu gün Gəncə şəhərində qaz balonu partlayıb.

1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu barədə Demokrat.az-aTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, saat 17 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar:

"Onlara bədənin II dərəcəli termiki yanığı diaqnozu qoyulub. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicələri davam etdirilir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top