"USAID "humanitar yardım" adı altında ölkələrin daxili işlərinə qarışmaq və təzyiq etməklə məşğul olub"

DÜNYA 21 fevral 2025, 14:53

“USAID formal olaraq müstəqil dövlət agentliyi hesab olunsa da, birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasının tabeçiliyində idi. Onun rəhbəri və müavinləri ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olunurdu. Maliyyə vəsaitinin həcminə görə dünyanın ən öndə gedən təşkilatı idi, desək, yanılmarıq”.


Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov qeyd edib ki, dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAID, guya ehtiyacı olan ölkələrə humanitar yardım etməklə məşğul olsa da, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT-ləri, xüsusilə medianı qanunsuz şəkildə maliyyələşdirərək ölkələrin daxili işlərinə qarışmaq, dövlətlərə qarşı təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etmək idi.

 

Müşfiq Cəfərov

“Müstəqil siyasət yürüdən ölkələrdə qarşıdurma və xaos yaratmaqla məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID hazırda çətin günlərini yaşayır. USAID-in əməlləri elə yarandığı ölkədən ifşa edilir. Bu da özündə mühüm məqamlara işıq salmaqla yanaşı, artıq onun fəaliyyətinin sona çatdığını təsdiqləyir. “Rəngli inqilablar”a sponsorluq etməsi, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə, müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq öz təsdiqini tapmış faktlardır”-deyə deputat qeyd edib.

Müşfiq Cəfərov bildirib ki, USAID Azərbaycanda və bir çox ölkələrdə BMT-nin İnkişaf proqramı ilə birlikdə layihələr həyata keçirirdi.

“USAID nəinki BMT bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, dünya ölkələrində fəaliyyəti davam etdirirdi. İndi hazırda bir çox ölkədən qovulan bu təşkilatın bundan sonra mövcudluğu özü bir müəmmadır.

Məlumdur ki, USAID beynəlxalq təşkilatlarla ABŞ vasitəçiliyi ilə fəaliyyət göstərirdi. Həm BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq təmsil etdiyi qurumun ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiq olduğunu qeyd edib. Düşünürəmki, artıq USAID-lə əməkdaşlığa maraqlı olan dövlət və ya beynəlxalq təşkilat olmayacaq”-deyə deputat vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top