Rusiyanın İsveçdəki səfirliyi yenidən dron hücumuna məruz qaldı

DÜNYA 07 sentyabr 2025, 16:39
Rusiyanın İsveçdəki səfirliyi dron hücumuna məruz qalıb.

Demokrat.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dron vasitəsilə səfirliyin ərazisinə boya paketi atılıb.

"İsveçin paytaxtı Stokholmda Rusiya səfirliyinə və Ticarət Nümayəndəliyinə dronlarla hücumlar artıq bir ildən çoxdur davam edir və gördüyümüz kimi, bu, sistematik xarakter alıb", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, avqustun 21-də və iyulun 5-də də Rusiyanın İsveçdəki Ticarət Nümayəndəliyinə boya ilə dron hücumları qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top