Avropa Kuboku: Azərbaycan millisi tarixində ilk dəfə finala yüksəlib

İDMAN 07 sentyabr 2025, 18:40
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda ilk dəfə finala vəsiqə qazanıb. 

"Report"un məlumatına görə, yığma yarımfinalda İspaniya seçməsi ilə üz-üzə gəlib. 

Komanda rəqibini 12:17 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13) üstələyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top