"Bu hesabı gözləmirdik, amma məğlubiyyət gözlənilən idi. Bu qrupda ən zəif bənd bizik".
Bunu Demokrat.az-a açıqlamasında tanınmış futbol mütəxəssisi Aslan Kərimov deyib.
Onun sözlərinə görə, millinin baş məşqçisinin yerli, yaxud xarici olması fərq etmir:

"Əsas odur ki, komandaya xeyir verən olsun. Millinin baş məşqçisi mübariz bir komanda qurmağı bacarmalıdır, oyunçuları mental olaraq başa düşməlidir. Texniki komponentlərdə biz birmənalı olaraq digərlərindən zəifik. Amma komanda ruhu ilə nəsə əldə etmək mümkün idi".
Sabiq futbolçu qeyd edib ki, millinin oyunçularını oyunda can qoymamaqda ittiham etmək doğru deyil.
"Bunu nəyə əsasən müəyyən edib deyirlər? Mübarizədə məğlub olurlarsa, bu o demək deyil ki, can qoymurlar. Lider bir oyunçumuzun olmaması açıq-aşkar görünürdü, belə bir oyunçuya ehtiyacımız var".
Cavidan Mirzəzadə
Demokrat.az