NASA: "Urmiya gölü demək olar ki, tamamilə quruyub"

DÜNYA 07 sentyabr 2025, 19:25

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) son peyk görüntülərinə əsasən, İranda Urmiya gölü geniş duz çölünə çevrilib və demək olar ki, tamamilə quruyub.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Mütəxəssislər qurumanın əsas səbəblərini uzunmüddətli quraqlıq, iqlim dəyişikliyi, su anbarlarının tikilməsi və kənd təsərrüfatında həddindən artıq su istifadəsi ilə izah edirlər.

Bildirilir ki, gölün yox olması ekosistemdə ciddi fəsadlara yol açıb. Alimlərin fikrincə, Urmiya gölü təbii balansını tam itirib və region ekoloji fəlakət astanasındadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top