
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib.
ABŞ lideri Ağ Evdə çıxışı zamanı bu barədə danışıb.
"Bəli, hazıram", – deyə Tramp Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verərkən deyib, lakin təfərrüatlara varmayıb.
Bundan əvvəl "The New York Times" nəşri ABŞ-nin maliyyə naziri Skott Bessentə istinadla yazmışdı ki, Vaşinqton Moskvaya iqtisadi təzyiqləri gücləndirməyə hazırdır, lakin bunun üçün avropalı müttəfiqlərin dəstəyi vacibdir.
Qeyd edək ki, sentyabrın 7-nə keçən gecə Rusiya Ukraynaya genişmiqyaslı hücum həyata keçirib. Ukrayna KİV-lərinin məlumatına görə, hücum zamanı rekord sayda dron və raket buraxılıb, Ukrayna Nazirlər Kabinetinin binası da zərər görüb.(Report)