Toya getmişdi, qayıdanda maşın vurub öldürdü

KRİMİNAL 07 sentyabr 2025, 22:47

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xaçmaz-Quba avtomobil yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1976-cı il təvəllüdlü Süleymanov Sahib Mecid oğlu şadlıq sarayından toydan çıxıb evinə gedən zaman onu “Toyota-Corolla” markalı minik avtomobili vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top