Avropa Kuboku: Azərbaycan millisi gümüş medal qazanıb

İDMAN 07 sentyabr 2025, 22:23
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

"Report"un məlumatına görə, yığma finalda Niderland seçməsi ilə üz-üzə gəlib. 

Komanda rəqibinə 16:21 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13), yarımfinalda İspaniyanı (21:17) üstələyib. Millimiz tarixində ilk dəfə finalda çıxış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top