Şəmkirdə ambulansın qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb

HADİSƏ 08 sentyabr 2025, 00:38
Şəmkir rayon ərazisində təcili tibbi yardım maşınının qəzaya uğraması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir rayonunda "Mersedes" markalı avtomobillə ambulansın toqquşması nəticəsində tibb bacısı T. Ağayeva, təcili tibbi yardım avtomobilinin sürücüsü B.Əliyev və minik maşınının sürücüsü İ.Əliyev müxtəlif xəsarətlərlə

Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, qəza nəticəsində həkimin xəsarət almadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top