Sumqayıt şəhərində 29 yaşlı oğlan tanışına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə şəhərin Beton zavod ərazisində yerləşən “Tovuz” kafesinin yaxınlığında baş verib.
Salyan rayon sakini, 1996-cı il təvəllüdlü Əsəd şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Rafailin sol gicgah nahiyyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 4 ilə yaxın müddətdir Rafail ilə tanışlığı var: “Təxminən məlum hadisədən 1 ay öncə problemim olması səbəbindən ondan 100 manat borc aldım. Lakin imkanım olmadığından qaytara bilmirdim. Hadisə günü, saat 23.00-da ona zəng etdim, borcu istədim. Rafail pulu olmadığını bildirdi. Ondan harada olmasını soruşdum. “Tovuz” kafesinin yaxınlığında olmasını bildirdi. Təxminən saat 23.30-da Rafailə zəng edərək kafenin yaxınlığında olduğumu bildirdim və onu görüşə çağırdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Rafail onun yanıma gəlib və kafenin arxa hissəsinə keçdikdən sonra yenidən borcu geri istəyib: “Bu zaman aramızda olan mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək Rafailin sol üz nahiyyəsinə yumruq zərbəsi vurdum. Ona xəsarət yetirdim.
Bundan sonra yaşadığım ünvana qayıtdım”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin ondan şikayətini geri götürməsini nəzərə alıb.
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az