"Özümü heç fikirləşmirəm, Arif Babayev sağ olsun"

ŞOU-BİZNES 21 fevral 2025, 16:44
"1967-ci ildə ailə qurmuşuq. Artıq 58 ildir ki, Arif müəllimlə ailəliyik. Tələbələri zaman-zaman gəlib, baş çəkirlər. Hətta Xankəndində dərs deyən tələbələri də gəlib, Arif müəllimlə görüşürlər. Onu yaddan çıxartmırlar".

Demokrat.az xəbər verir ki, bu sözləri Xalq artisti Arif Babayevin həyat yoldaşı Gültəkin xanım Qonaqcanlı verilişinə müsahibəsində deyib. O, ötən gün 87 yaşı tamam olan xanəndədən, ailəsindən danışıb:

"Arif müəllimə deyirlər ki, səni həm dövlətimiz, həm də millətimiz çox istəyir. Arif adında nəvəmiz var. Hazırda o Londonda təhsil alır. Digər nəvəmiz isə Ankarada oxuyur. Onlar Bakıya gələn kimi birinci bizimlə görüşürlər.

Özümü heç fikirləşmirəm. Arif müəllim sağ olsun, nəfəsi əskik olmasın". (Axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top