Millimizə yeni baş məşqçi təyin edildi

İDMAN 17 fevral 2025, 17:14
Qadın boksçulardan ibarət Azərbaycan milli komandasında yeni baş məşqçi təyinatı rəsmiləşib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumata verilib.

Bildirilib ki, yığma İlkin Ağayevə həvalə edilib.

Onun qarşısına qadın boksunun inkişafı, beynəlxalq arenada uğurlu çıxış məqsədi qoyulub.

36 yaşlı mütəxəssis boksçu karyerasında yeniyetmələr arasında dünya birinciliyinin qızıl və gümüş medalçısı olub, Avropa çempionatında finala kimi yüksəlib.

Dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi adını qazanan gənc mütəxəssis 2017-ci ildən məşqçi kimi fəaliyyət göstərir. O, son 3 ildə isə məhz qadınlardan ibarət Azərbaycan seçməsində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top