"Sülh müqaviləsi bu gün böyük bir sual altında qalıb" — Politoloq

GÜNDƏM 13 fevral 2025, 18:11
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün danışıqlar davam edir. Sazişin 17 maddəsindən 15-i razılaşdırılıb. Azərbaycan tərəfinin tələblərindən biri də Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. 

Bununla bağlı politoloq Ramiyə Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, sülh müqaviləsini hələ də bağlaya bilməmişik və Ermənistan da sülh müqaviləsinə getmir:

“Ermənistanın özünün prioritet məsələləri var. O məsələlərdən biri də, konstitutsiyada dəyişiklik olmadan guya sülh müqaviləsini bağlamaqdır. Təbii ki, biz də buna buna razılıq verə bilmərik. Çünki 15 bənddən qəbul olunan bəndlərdən əsaslardan elə ikisi odur ki, onlardan biri də  konstitutsiyada dəyişiklik olmalıdır. Çünki konstitutsiyada Azərbaycan torpağına qarşı iddia bəndi nəzərdə tutulub. Ermənistan da gördüyümüz kimi  bizimlə razılaşmır. Sülh müqaviləsi bu gün böyük bir sual altında qalıb. Ermənistan artıq genişmiqyaslı guya özünə görə bir həmlələrə keçib, Avropa Birliyi ilə birləşməyə başlayıb, Amerikaya həmlələr edir”.

Politoloq diqqətə çatdırıb ki, Ermənistan xaricə gedib orada görüşlər keçirir, sazişlər bağlayır:

“Ermənistan öz həmlələrini edərək, öz havadarlarına söykənərək sülh müqaviləsinin bağlamasına heç cür riayət etmək istəmir. Təbii, Prezidentin dediyi bir fikir var idi ki, onlar istəmirsə, biz də istəmirik, biz belə də yaşaya bilərik. Məncə, bu uzun sürəli bir vaxt aşırına keçərsə, Azərbaycan üçün də problemlər yarada biləcək bir məsələyə gəlib çıxacaq. Çünki kiməsə qarşı torpaq iddialarımız yoxdur, ancaq bizə qarşı torpaq iddiaları var. Ermənistanın Qərb tərəfindən dəstəklənməsi, silahlanması Azərbaycana qarşı problemlər yarada bilər. Çünki heç bir zaman Ermənistan öz xislətindən, nə də ki öz torpaq iddiasından əl çəkən deyil. Bir sözlə, Ermənistanla Azərbaycanın hələ sülh müqaviləsi məsələsi uzun bir müddət elə belə vəziyyətdə qalacaq. Sadəcə danışıqlar və hansısa bəndlərin açıqlamaları müzakirə olunacaq. Bu məsələnin hələ bir müddət uzanacağı görünür”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top