Türkiyədə bələdiyyə sədri həbs edildi

DÜNYA 11 fevral 2025, 12:39
Türkiyənin Van Böyükşəhər Bələdiyyəsinin sədri Abdullah Zeydan həbs edilib.

Demokrat.az haberler-ə istinadla xəbər verir ki,  Zeydan "terror təşkilatına yardım etmək" və "terror təşkilatının təbliğatını aparmaq" ittihamları ilə 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Diyarbəkir 5-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda Zeydan iştirak etməyib.Məhkəmə daha əvvəl yerli məhkəmə tərəfindən verilən 8 il 1 ay 15 günlük həbs cəzasını Ali Məhkəmənin ləğv etməsindən sonra qərarını yenidən nəzərdən keçirib və cəzanı 3 il 9 aya endirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top