Bu məntəqələrdə pozuntular aşkarlandı — Nəticələr etibarsız sayıldı

GÜNDƏM 03 fevral 2025, 16:52
Mərkəzi Seçki Komissiyasının qərarı ilə 81 saylı İmişli Seçki Dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrindəki pozuntularla əlaqədar Bəcirəvan Bələdiyyəsinə keçirilən seçkilər etibarsız hesab edilib.

Demokrat.az xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qəbul olunub.

Əvvəlcə MSK-nın katibi Arifə Muxtarova qərar layihəsi ilə bağlı məruzə edib.

Yekunda komissiya üzvlərinin qərarı ilə 81 saylı İmişli Seçki Dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrində nəticələr etibarsız hesab edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fevral 2025, 17:54
Top