"Suriyada yeni hakimiyyət orqanları fikirləşir ki, seçkilərdə xalq onu əsarətdən xilas edən Əhməd əş-Şaranı prezident seçəcəkdi. İndidən onu prezident seçməklə Suriyadakı anti-milli qüvvələrə mesajlar verirlər, proseslərə alışdırmağa çalışırlar. Onsuz da əvvəl-axır prezidentdi xalq seçəcək və onlar da bununla hesablaşmalı olacaq. Bu addım anti-milli ünsürlərə və xarici müdaxilələrə hesablanıb. Əhməd əş-Şara qurtarıcıdır, xalqı 70 illik cani rejimdən qurtaran odur".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.
"Xarici siyasətdə Əhməd əş-Şaranın atdığı addımları dəyərləndirə bilərik. O bildirdi ki, əsas hədəf bütün dünya ilə sivil münasibətlər qurmaqdır. Türkiyə ilə strateji tərfdaşlıq hətta müttəfiqlik səviyyəsinə də gələ bilər. İran və İsrailə qarşı bir sıra addımlar görürük və görəcəyik".
O bildirib ki, Əhməd əş-Şara artıq bir neçə Qərb siyasətçisi ilə görüşüb:
"Rusiya ilə münasibətə baxdıqda görürük ki, indiki Suriya rejimi Şərq və Qərblə münasibətlərə açıqdır.
Hələ bir neçə il müddətində Suriyadakı qüvvələrin mərkəzdənqaçma siyasətini həyata keçirdiklərini görəcəyik. Bəzi qruplar müstəqillik istəyib de-fakto yerli idarəetmə orqanı olmaq şərtini irəli sürəcək. Bütün bu zərərli yanaşmaların qarşısını almaq üçün Suriyaya 5-10 il zaman lazım olacaq. Əhməd əş-Şara bildirib ki, Suriyanın suverenliyini bərpa etmək üçün addımlar atmağa başlayıb. Bu ilk növbədə Suriyanın daxili təhlükəsizliyini bərpa etmək olacaq. Ardınca iqtisadi layihələr, yatırımlar, enerji layihələri, sosial-mədəni layihələr gələcək".
Əfsanə Kamal
Demokrat.az