Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib ki, müharibənin davam etdiyi üç il ərzində Ukrayna heç vaxt olmadığı qədər sülhə yaxınlaşıb. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti sülhün yaxınlaşması üçün əlindən gələni edir.
Həqiqətən də Ukrayna sülhə yaxındır?
Siyasi şərhçi Sahil Kərimli bu barədə Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə son dövrlərdə daha faciəvi və qanlı məcraya yönəlib:
“Tərəflər bir-birinə qarşı öldürücü zərbələr vururlar. Amma ümid hissi ilə qeyd etməliyik ki, nəhayət tərəflər sülhə çox yaxındırlar. Biz burada bir çox amilləri vurğulamalıyıq. Bayden hakimiyyəti dövründə yol verilmiş ciddi səhvlər Rusiya və Ukraynanı müharibəyə sürüklənməsinə səbəb oldu. Bayden və Blinken hakimiyyətinin dırnaq arası töhfələri artıq geridə qalıbdır. Bu gün Tramp administrasiyası tərəfləri sülhə gətirmə istiqamətində ciddi səylər göstərirlər. Bundan əvvəl Trampın verdiyi vədlərə əməl etməsinin şahidi olmuşuq. Bura xüsusilə də İsrail və Həmas arasında atəşkəsin imzalanmasını qeyd etməliyik”.
Siyasi şərhçi əlavə edib ki, növbəti mərhələdə Ukrayna və Rusiya arasında da sülh danışları prosesinin başlanmasını izləyə bilərik:
“Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski bəyanatlarda bu istiqamətdə müsbət fikirlər səsləndirirlər. Ukraynanın sülh masasına gətirilməsi ilə bağlı bir çox beynəlxalq dairələr bu istiqamətdə müəyyən addımlar atıblar. Təbii ki hər bir müharibə sülh və yaxud da sülh danışıqları ilə nəticələnir. Ukrayna və Rusiya müharibəsində də bunun şahidi ola biləcəyik. Çünki Zelenski artıq yaxşı anlayır ki, Qərb onun arxasında əvvəlki kimi dayanmır. Ona görə də Ukraynanın yeganə çıxış yolu sülh masasına oturmaq və müharibəni dayandırmaqdır”.
Leyla Turan
Demokrat.az