""TikTok"da həkimlərin paylaşdığı videolar hər kəsə məlumdur. Belə vəziyyəti daha çox qadın xəstəlikləri ilə məşğul olan ginekoloq edir. Əsl həkimlərə reytinq xatirinə ucuz reklamlar etməyi yaraşdırmıram. Peşəsinin müqəddəsliyini, aliliyini başa düşən həkimlər bu cür yola əl atmır. Əsl həkimlər pasiyentlərinin gizliliyinin qorunmasının onun vəzifə borcu olduğunu bilir. Yağışdan sonra çıxan göbələklər kimi gündə bir ginekoloq peyda olur".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
"Onlar insanları öz tələlərinə salmaq üçün sosial şəbəkələrdə ucuz reklamlardan istifadə edirlər. Qadınların məhrəm videolarının, doğuş prosesinin çəkilib göstərilməsi məntiqə sığan hərəkət deyil. Ola bilər ki, hansısa keyser əməliyyatından həkim praktiki video çəkmək istəsin. Sanitar-gigiyenik qaydalara əməl edilirsə, bunda heç bir problem yoxdur. Təbii doğuş zamanı canlı yayım açmaq ədəbsizlikdir. Bu cür reklamların məhdudlaşdırılması, həkimlərin cəzalandırılması lazımdır. Onlar məhrəmiyyəti pozur, peşə kodeksini, əxlaqını tapdayır. Yaxşı, peşəkar həkimlərin belə reklamlara ehtiyacı olmur. Kimlər ki, bu cür reklamla məşğuldurlar həmin insanlar həkim deyil, şoumendirlər".
Əfsanə Kamal
Demokrat.az