"Ağacların qanunsuz kəsilməsi halları hansısa bina tikildikdə, yol çəkildikdə, obyekt tikildikdə baş verir. Vətəndaşların kəsdiyi ağac qanunsuzluq hesab edilməməlidir. Bunun üçün birinci növbədə korrupsiyanın qarşısı alınmalıdır. Bu il ölkəmizdə "Konsititusiya ili" olduğunda ümid edirəm ki, ciddi dəyişikliklər olacaq".
Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.
"Korrupsiya ortadan qalxmasa, bu cür qanunsuzluqlar davam edəcək. İndi gecəyarısı ağacı kəsirlər, sabah görürsən ki, ağac yoxdur. Sonra da bir yerdən başqa yerə əkəcəyik, kimi cəfəngiyatlar uydururlar. Ağac qorumaq, yaşıllığa diqqət etmək mədəniyyətə çevrilməlidir. Xüsusən çətinliklə də olsa, yaşıllaşan Bakı şəhərində ağacı kəsmək həm qanunsuzdur, həm də günahdır".
O bildirib ki, vətəndaşların öz ərazilərində, sahələrində, meyvə bağlarında budama aparması, qurumuş ağacı kəsməsi qanunsuz hesab edilməməlidir:
"Vətəndaş öncədən xəbər versin və korrupsiya halı baş verməsin. Tutalım, vətəndaşın meyvə ağacı quruyub, maliyyə vəziyyətinə görə bir ağacı kəsib yerinə başqa ağac əkə bilər. Burada qanunsuz heç nə görmürəm. Heç bir vətəndaş öz sahəsini ağacsız qoymaq istəməz. Qanunla qadağalar çox yaxşıdır. Nə qədər ki, qanunlara əməl edilmir ağacların kəsilməsi halları baş verəcək. Ölkə olaraq böyük əraziyə sahib deyilik, hər yeri ağaclarla ört-basdır edə bilmərik. Əkin sahəsi, yonca sahəsi və.s sahələr də var ki, bu sahələrə ağac əkə bilmərik. Yaşıllaşdırılacaq ərazilər düzgün seçilməlidir. Şam ağacı əvəzinə bar verən ağac əkmək lazımdır ki, həm meyvə versin, həm də yaşıllıq olsun. Milli Məclis bunlarla bağlı qadağalara yenidən baxmalı, qərarlar verməlidir".
Əfsanə Kamal
Demokrat.az