"Ermənistan sülhə maraqlıdırsa..."— Politoloq

DÜNYA 03 fevral 2025, 19:20
ATƏT-in Minsk Qrupu öz fəaliyyətini 2022-ci ilin fevralında dayandırıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib. O, Minsk qrupu fəaliyyətinin dayandırılmasına görə fransalı və amerikalı həmsədrləri günahlandırıb.

Politoloq Məhəmməd Əsədullazadə bununla bağlı Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki, Minsk qrupu demək olar ki fəaliyyətini dayandırıb:

“Azərbaycan tərəfi Ermənistana Minsk qrupunu buraxması barədə şərt irəli sürüb. Ermənistanın Baş naziri buna razı olduğunu deyib. Ermənistan tərəfi Minsk qrupunun buraxılması barədə artıq prosedur başlamalıdır. Ermənistan Minsk qrupunu saxlamağa çalışır ki, Azərbaycanın Ermənistana qarşı hər hansı bir ərazi iddiası ola bilər. Amma Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, Ermənistanın ərazi bütövlüyünə qarşı hər hansısa bir iddia yoxdur. Tərəflər delimitasiya və demarkasiya prosesini həyata keçirirlər. Əgər Qarabağ problemi yoxdursa, Minsk qrupu da lazım deyil. Ermənistan tərəfinin açıqlamaları manipulyasiya xarakteri daşıyır. Düşünürəm ki, artıq Ermənistan sülhə maraqlıdırsa, Minsk qrupunun ləğv istiqamətində hüquqi prosesə başlamalıdır. Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və ona görə də Minsk qrupuna ehtiyac yoxdur”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top