ABŞ-dəki təyyarə qəzasında 28 idmançı həlak olub

DÜNYA 03 fevral 2025, 19:56
Yanvarın 29-da Vaşinqtonda təyyarə qəzasında 11-i konki sürən olmaqla, 28 idmançı həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Fiqurlu Konkisürmə Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 28 idmançı, məşqçi və onların ailə üzvləri həlak olub. Qəza zamanı peşəkar şəkildə yarışan konkisürənlər arasında Anjela Yanq, Şon Key, Briel Bayer, Kori Hynos, Edvard Zou, Everli və Alidiya Livinqston, Franko Aparisio, Djinna Xan, Oliviya Ter və Spenser Leyn var idi”, - məlumatda bildirilib.

Qeyd edək ki, təyyarənin göyərtəsində 1994-cü ildə fiqurlu konkisürmə üzrə dünya çempionları, Rusiya milli komandasının üzvləri Yevgeniya Şişkova və Vadim Naumov da olublar.

Xatırladaq ki, bir neçə gün əvvəl Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə təyyarə yerə enməyə hazırlaşarkən qeydə alınıb. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. ABŞ Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top