"Aparıcı aktrisa idim, amma 250 manat maaş alırdım"

MƏDƏNİYYƏT 03 fevral 2025, 20:36

"Mən Prezidentə müraciət edəndə 250 manat maaş alırdım. Sonra qulağıma çatdı ki, deyirlər, Afaq bunu özünə görə etdi".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Pərvizə görə" verilişində deyib. Aktrisa bir müddət əvvəl aktyorların maaşının artırılması üçün Ölkə başçısına müraciət etməsindən danışıb:

"Aparıcı aktrisaydım, səhnə ustasıydım, tanınmış adam idim, 250 manat maaş alırdım. Çünki 3-cü kateqoriya teatr idi. Teatrlar da var ki, cənab Prezident əmr verdi, çox sağ olsun. Maaşlar 50 faiz artdı, akademik olanlarda isə 150 faiz artdı. 120 manatı 130 manatın üstünə gəl 250 manat olur. Problem bundadır ki, 250 manatla aktyorun dolanışığı yoxdur. Respublikanın iqtisadiyyatı, müharibədən çıxması... Biz savaşda daş atmamışıq, misilsiz silahlardan istifadə etmişik. Şəhidlərimizin ailələrinin qayğıları, qazilərimizin qayğılarını dərk edirik. Amma mənə elə gəlir ki, biz həmin yumruğa sıx birləşməliyik. Öz gələcəyimizi qurmaq üçün o yumruğu möhkəmləndirməliyik. Balalarımızın, nəvələrimizin, Vətənimizin gələcəyi üçün... Biz burada aş üstündə toyuğuqsa, xaricdə heç qazanın qazmağı da deyilik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top