"Sığınacaq birisi olan, başını çiyninə qoyacağı bir arxa-dayağı olan qadın, o həyatı seçməzdi".
Demokrat.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bunu ARB TV-də yayımlanan jurnalist Həmzə Məmmədlinin aparıcısı olduğu "Hər Şeydən Bir Az" layihəsində qonaq olan teleaparıcı Rövşanə Ağasəfqızı deyib.
Aparıcı mərhum aktrisanın güclü qadın olduğunu bildirərək, sevgisizlikdən əziyyət çəkdiyini vurğulayıb:
"Bu yaxınlarda aktrisa Çimnaz Sultanova rəhmətə getdi. Çox insan onun haqqında xoşagəlməz sözlər yazdı. Mən o qadının gücünə valehəm. Seçdiyi həyat onun yaşam tərzi idi, özü bilər. Buna kimsə qarışa bilməz. Yalnış, səhv, düz biz deyə bilmərik, o özü bu yolu seçmişdi. Bəlkə də o qadın çox aciz idi, sevgisi yox idi. Sığınacağı olan, başını çiyninə qoyacağı bir arxa-dayağı olan qadın, o həyatı seçməzdi. Çünki milli mənəvi dəyərlər var, mentalitet var. Amma o qadına sarılacaq kimsə olsaydı, bəlkə də o bu formtda özünü təqdim etməzdi. Mən onun gücünə heyranam. 4 il xərçəngdən əziyyət çəkdi, ağladı, savaşdı amma bunu heç kəs bilmədi. Belə güclü qadınları çox sevirəm".