Xalq artistinin səhhəti barədə son məlumat — Qızı açıqladı

ŞOU-BİZNES 03 fevral 2025, 13:28
Xalq artisti Fatma Mahmudovanın səhhəti normallaşıb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqızı deyib.

O, hazırda aktrisanın müalicəsinin davam etdirildiyini bildirib:

"Anam xəstəxanadadır və hazırda reanimasiyadadır. Sağlamlığı bərpa olunur. Allah bütün xəstələrə şəfa versin”. 

Xalq artistinin qızı anası haqqında sosial şəbəkələrdə yayılan məlumatlardan əsəbiləşdiyini qeyd edib:

"Oxuyuram, dəhşətə gəlirəm. Adam necə bir insan haqqında olmayan məlumatlar yazar? Hamısı da dəqiqləşməmiş məlumatlardır”. 

Xatırladaq ki, Xalq artisti Fatma Mahmudovanın səhhətində problemlər yaranıb. Həkimlər onun beyin insultu keçirdiyini qeyd edib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top