Meksika lideri ABŞ-ın Meksika mallarına tətbiq etdiyi rüsumların dayandırıldığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Meksika prezidenti Klaudiya Şeynbaum məlumat verib.
Fevralın 1-də Tramp ABŞ-ın üç ən böyük ticarət tərəfdaşı olan Meksika, Kanada və Çindən gələn mallara rüsumlar tətbiq edən sərəncam imzalayıb. Amerika liderinin sözlərinə görə, bu yolla o, qeyri-qanuni mühacirlərin və narkotiklərin ciddi təhlükəsi ilə mübarizə aparmaq istəyir. Bundan əlavə, Kanadanın enerji resurslarına 10% rüsum qoyulub.
Əfsanə Kamal
Demokrat.az