"Düşünürəm ki, Ermənistanın Zəngəzur dəhlizi məsələsində dirənməsinin 2 səbəbi var. Birincisi, Ermənistan öz kommunikasiya layihəsini irəli sürüb və bu layihənin gündəmdə qalmasının tərəfdarıdır. Bu layihə ilə gündəmdə qalmağa çalışır və Azərbaycanın irəli sürdüyü layihəyə alternativ yaratmaq istəyir. Ermənistanın təklif etdiyi "Sülhün kəsişməsi" layihəsinin geosiyasi perspektivləri, Azərbaycanın, Türkiyənin, Gürcüstanın bu layihədə marağı yoxdur. Əksinə Zəngəzur dəhlizində başqa dövlətlərib marağı var".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
"İranın və Fransanın dəhlizə qarşı çıxması da Ermənistanın fikirlərində rol oynayır. İran düşünür ki, bununla onun geosiyasi maraqları təhdid altına düşə bilər, Azərbaycan və Ermənistan üzərindəki strateji imkanları zəifləyə bilər. Uzun illərdir ki, Azərbaycan Naxçıvanla kommunikasiyanı İran üzərindən həyata keçirirdi. Ermənistana isə İran hava, su kimi lazımdır. Fransanın layihəyə qarşı çıxmasının səbəbi rəqibi olan Türkiyənin Aralıq dənizində və Qafqazda güclənməsidir".
O bildirib ki, Azərbaycan diplomatik müstəvidə Ermənistan tərəfinə layihənin reallaşmalı olduğunu bildirir:
"Digər yandan Azərbaycan alternativ kanallar həyata keçirməkdədir. Ağbənd-Naxçıvan kommunikasiya xəttini buna misal çəkə bilərik. Ermənistanın isə alternativləri yoxdur. Uzun illərdi işğalçı siyasət həyata keçirən Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin kəsilməsi, konstruktiv mövqe sərgiləməməsi ilk başda onun özünə zərər verir".
Əfsanə Kamal
Demokrat.az