ABŞ Prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini istəyir. O, bu fikri İordaniya Kralı II Abdullahla telefon danışığı zamanı səsləndirib. Tramp qeyd edib ki, Qəzza artıq xarabalığa dönüb, orada salamat bina mövcud deyil, gələcəkdə İsrailin buranı yenidən bombalamayacağı barəsində də təminat yoxdur.
Ağ Ev sahibinin Yaxın Şərqlə bağlı planları nədən ibarətdir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, ABŞ-nın yeni prezidentinin Yaxın Şərqlə bağlı xüsusi planları var:
“Burada fələstinlilərin Misir və İordaniyaya köçürülməsi haqqında fikirlər səslənir. Hesab edirəm ki, bu ABŞ-a hər hansısa bir üstünlük qazandırmır, əksinə burada məsələnin sülh ilə həll edilməsi, bölgədə iki dövlətin mövcudluğu, Fələstin xalqının hüquqlarının tanınması daha çox dünyada Vaşinqtona nüfuz qazandıra bilərdi. Belə görünür ki, yeni administrasiya başqa fikirdədir. Əvvəldən də prezident seçkilərindən öncə seçki qabağı dövrdə Trampın daha çox İsrail mərkəzli siyasət yürüdəcəyi hiss olunurdu”.
Politoloq bildirib ki, Trampın əvvəlki dövründə də bu hiss edilirdi, lakin burada Ərəb dünyası tərəfindən müqavimətin olacağı da plan içində deyildi:
“Bölgənin hərbi əməliyyatlardan sonra yenidən qurulması, tikilməsi və daha sonra fələstinlilərin o əraziyə qaytarılması planı var. Lakin burada fələstinlilərin saxlanılması, onların ehtiyaclarının qarşılanması üçün ABŞ-ın Misir və İordaniya hər hansısa cəlbedici təkliflər və yardımlar etməsi də istisna deyil. Burada Tramp Yaxın Şərqin əhəmiyyətli geosiyasi oyunçuları ilə də yaxınlaşmaq siyasi kursunu nəzərdən keçirdir”.
Leyla Turan
Demokrat.az