Astara rayonunda 1972-ci il təvəllüdlü Elçin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Ziyada xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Astara rayonunun Pensər kəndində baş verib. Elçin şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı tanışı Ziyanın burun nahiyyəsindən qəsdən bir dəfə yumruqla zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Elçinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü təxminən saat 17-18 radələrində velosipedi ilə Siyakü kəndində yaşayan qızının evinə gedib: “Həmin vaxt yolda tanışım, Pensər kənd sakini Valehlə rastlaşdım. Valeh birlikdə oturub araq içməyi təklif etdi. Mən də əvvəlcə işim olduğu üçün təklifini qəbul etmədim. Lakin Valeh israr edərək onunla oturmağı təkid etdi. Bundan sonra razılaşdım. Həmin vaxt Valehin əlində pomidor, xiyar, pendir, çörək və iki ədəd birdəfəlik plastik sətkan olub. Valeh mənə mağazadan araq almağı tapşırdı. Mən də yaxınlıqda yerləşən marketə gedərək oradan 2 manat 80 qəpiyə kiçik həcmli araq aldım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra onlar Pensər kəndində təpə istiqamətdə heç kim olmayan bir yerə gediblər: “Orada daşın üzərində süfrə açıb yeyib içməyə başladıq. Bir qədər sonra Valeh yoldan Təngərüd kənd sakini Ziyadın keçdiyini gördü, onu da məclisə dəvət etdi. Bundan sonra hər üçümüz içməyə başladıq. Bir qədər sonra Valeh Ziyadın nə vaxtsa Ərçivanlıların ünvanına söyüş söydüyünü dedi. Mən Ziyada nəyə görə söyüş söydüyünü dedim. Həmin vaxt Ziyad yaxşı elədiyini deyərək, mənim ünvanıma da söyüş söydü. Mən Ziyada söyüş söyməməyini desəm də, söyüşlərinə davam edərək mənimlə tutaşdı. Həmin vaxt hər ikimiz sərxoş vəziyyətdə olmuşuq. Bu zaman Ziyadı yumruq zərbələri ilə vurdum. Ziyadı vurduqdan sonra burnu qanadı. Bu zaman Valeh aramıza girərək bizi ayırdı. Bundan sonra oradan duraraq evə getdim”.
İş üzrə zərərçəkmiş Ziyadın sözlərinə görə, Astara rayonu Pensər kəndində köhnə qəbirstanlıq deyilən yerin yaxınlığından piyada keçərkən tanışı Valeh onu görərək səsləyib: “Valehi təxminən 9 ildir tanımışam və aramızda səmimi münasibət olub. Valeh də, mən də mütəmadi olaraq spirtli içki qəbul edirdik. Valeh məni səslədikdə ona tərəf getdim. Bundan sonra Valeh onlarla birlikdə yeyib-içməyi təklif etdi. Yuxarı qalxdıqda Valehin günbəzin yanında digər tanışlarımız, Ərçivan qəsəbə sakini Elçinlə daşların üzərində süfrə açıb araq içdiyini gördüm. Bundan sonra mən də onlarla oturub yeyib içdim. Bir qədər sonra Elçin məndən Ərçivanlıların ünvanına söyüb-söymədiyimi soruşdu. Həmin vaxt sərxoş olduğum üçün Elçinin mənimlə danışığı xoşuma gəlmədi. Bu zaman aramızda mübahisə yarandı. Həmin vaxt Elçin məni yumruq zərbələri ilə vurdu. Zərbənin təsirindən burnum qanadı. Bu zaman Valeh bizi ayırdı. Qan içində olduğunu gördüm və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Daha sonra polis şöbəsinə gedərək ərizə ilə müraciət etdim”.
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Elçinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az