Saat 10:00-da işıq kəsiləcək — Bu ərazilərdə

SOSİAL 03 fevral 2025, 09:55
Suraxanıda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Demokrat.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib.

Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Zığ qəsəbəsini qidalandıran 1 və 2-ci hava xətlərinin bir hissəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar fevralın 3-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq, saat 10:00-dan saat 15:00-dək qəsəbədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top