Sürücülərə təklif olunan qatqıların yanacağa təsiri var? — VİDEO

AVTO 02 fevral 2025, 08:46
Son illərdə demək olar istənilən yanacaqdoldurma məntəqələrində sürücülərə yanacaq qatqıları təklif edilir.

Demokrat.az Xəzər TV-yə istinadən bildirir ki, sürücülərə yaxınlaşan yanacaqoldurma məntəqəsinin işçiləri, müxtəlif qiymətə olan yanacaq qatqılarını təklif edirlər.

Avtomobil ustası deyir ki, bəzi sürücülər istehsalçı zavodun tələbinə uyğun yanacaqdan istifadə etmirlər. Onun sözlərinə görə, Avro-4 və Avro-5 standartlı avtomobillərdə Aİ-95 yanacağından istifadə edilməlidir.

Bəs Aİ-92 yanacağından istifadə edən sürücülər oktan ədədini artırmaq üçün qatqıdan istifadə edə bilərlərmi?

Avtomobil ustası hesab edir ki, bu cür qatqılar hətta dizel mühərrikli avtomobillər üçün də faydalıdır.

Ustanın sözlərinə görə, qatqıdan istifadə edilən avtomobilin yanacaq sistemi, şamları, qapayıcı və çiləyiciləri də uzunömürlü ola bilər.

Ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top