Qubada 3,2 maqnitudada zəlzələ olub.
Demokrat.azxəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Quba stansiyasından 14 km cənub-qərbdə Quba rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.

