Qusar bələdiyyəsinin sədrinə hökm oxundu

HADİSƏ 29 yanvar 2025, 13:33
Qusarda torpaq sahələrini qanunsuz satmaqda şübhəli bilinən bələdiyyə sədri Əlfəddin Qeysəddin oğlu İbrahimovun məhkəməsi başa çatıb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Qusar Rayon Məhkəməsində hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. 

Hökmə əsasən Əlfəddin İbrahomov 7 min manat cərimə olunub. 

Əlfəddin İbrahimov Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 29, 178.2.2 (təkrar dələduzluq törətməyə cəhd), 29, 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətməyə cəhd), 29, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətməyə cəhd), 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə təqsirli bilinib. 

Qeyd edək ki, Əlfəddin İbrahimov Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 2024-cü ilin mayın 14-də həbs edilib. 

Daha sonra isə onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. 

İstintaqla Qusar bələdiyyəsinin sədri İbrahimov Əlfəddin Qeysəddin oğlunun vəzifə səlahiyyətlərini aşmaqla torpaq sahələrini qanunsuz olaraq satmasına, bilə-bilə qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasına və vəzifə  saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 21:16
Top