Süni intellektdən ən çox kişilər istifadə edib

DÜNYA 30 yanvar 2025, 19:59
"ChatGPT" istifadəçilərinin 85%-i kişilərdir.

Demokrat.az
xəbər verir ki, bu barədə TechCrunch məlumat yayıb.

Appfigures analitikasına görə, smartfonlarda süni intellekt istifadəçiləri 2024-cü ildə süni intellekt tətbiqlərinə 1,42 milyard dollar xərcləyiblər. Bu rəqəm 2023-cü illə müqayisədə 274% çoxdur. Tədqiqatçılar qeyd edirlər ki, bu cür xidmətlərin əsas istifadəçiləri kişilərdir.

Bazar lider "OpenAI"dən "ChatGPT"olaraq qalır. Ümumilikdə, mobil süni intellekt tətbiqetmələri bazarı 2 milyard dollar dəyərində qiymətləndirilir. 

Bu günə qədər "ChatGPT" 353 milyon dəfə endirilib. İstifadəçi demoqrafiyası maraqlı tendensiyalar göstərir. "ChatGPT"nin mobil tətbiqi istifadəçilərinin yarısından çoxu 25 yaşdan kiçikdir ki, bu da gənc nəsillərin yeni texnologiyalara daha  açıq olduğunu göstərir.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 21:16
Top