İnfrastruktur

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına ödənişsiz giriş ən azı bir ay davam edə bilər

Xocəsən və Avtovağzal metrostansiyalarına ödənişsiz giriş ən azı bir ay davam edə bilər

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına ödənişsiz girişin ən azı bir ay davam etməsi gözlənilir.

Demokrat.az xəbər verir ki, bunu "APA-Economics"ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, ödənişsiz rejimin nə qədər davam edəcəyi aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq.

"Əminik ki, bunun uzun müddət davam etmək imkanı var. Amma ən azı bir ay, yəqin ki, olacaq", – Bəxtiyar Məmmədov bildirib.

0 Gözləmədə

JD
Jalə Davud