İnfrastruktur

Astara Terminalında yükaşırma 50 faiz artıb

Astara Terminalında yükaşırma 50 faiz artıb

Azərbaycan Dəmir Yollarının (ADY) İran ərazisində yerləşən Astara Terminalında yükdaşıma həcmi artıb.

Demokrat.az xəbər verir ki, 2026-cı ilin ilk 8 ayı ərzində terminalda 537 min tondan çox yük aşırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30 faiz çoxdur.

Təkcə 2026-cı ilin avqust ayında Astara Terminalında 76 min ton yük aşırılıb. Bu isə ötən ilin avqust ayı ilə müqayisədə 50 faiz artım deməkdir.

Astara Terminalında yükaşırma 50 faiz artıb

JD
Jalə Davud