İnfrastruktur

ADY 26 və 27 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək

ADY 26 və 27 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək

Azərbaycan Dəmir Yolları (ADY) artan sərnişin tələbatını nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Demokrat.az xəbər verir ki, ADY-dən verilən məlumata görə, əlavə reyslər sentyabrın 26 və 27-də təşkil olunacaq.

Bununla yanaşı, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər də davam etdiriləcək.

Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi internet saytından və “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

Demokrat.az

D
demokrat.az