Özəl

Azərbaycanda ərindən gizli evi bacısının adına keçirən qadın döyüldü

Azərbaycanda ərindən gizli evi bacısının adına keçirən qadın döyüldü

Şəmkir rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonunun kəndlərindən birində baş verib. 1989-cu il təvəllüdlü Abbas arvadı Səmayə (adlar şərtidir – red.) ilə birgə yaşadığı evdə mübahisə edib.

İstintaq sənədlərinə görə, aralarında ailə münasibətləri zəminində mübahisə yaranıb və mübahisə zamanı 37 yaşlı kişi yumruq və təpiklə qadının bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.

Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs arvadıdır, onlar Şəmkir rayonunun kənddəki evlərində bir yerdə yaşayırlar:

"Məlum hadisə günü, gecə radələrində evdə olarkən arvadım ilə mübahisəm oldu. Mübahisəyə səbəb arvadımın məndən xəbərsiz evlə bağlı sənədə qol çəkməsi və nəticədə evin baldızımın adına keçməsi oldu. Mən də əsəbləşərək yumruq və təpiklə arvadımın bədəninin müxtəlif nahiyələrinə vurdum".

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Abbasa 240 saat ictimai işlər cəzası təyin edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

Fariz Məlikli

BU
Bəxtiyar Umarlı
Redaktor