Özəl

Ən nazlı 4 bürc: Davranışları ilə diqqət çəkirlər

Ən nazlı 4 bürc: Davranışları ilə diqqət çəkirlər

Bəzi insanlar xüsusi səy göstərmədən belə baxışları, təbəssümləri və davranışları ilə qarşı tərəfin diqqətini çəkə bilirlər. Astrologiyada da müəyyən bürclərin flört və naz məsələsində daha diqqətçəkən olduğu hesab edilir.

Demokrat.az xəbər verir ki, astroloji yanaşmaya görə, zodiakın ən nazlı bürcləri arasında Qoç, Xərçəng, Oxatan və Balıq fərqlənir.

Qoç bürcü xoşladığı insana marağını gizlətməkdənsə, bunu birbaşa göstərməyə üstünlük verir. Göz təması, zarafat, kiçik sataşmalar və özünəinamlı davranış onun flört üslubunun əsas xüsusiyyətlərindəndir. Qoç üçün qarşı tərəfə marağını hiss etdirmək çox vaxt xüsusi plan tələb etmir.

Xərçəng isə daha sakit və incə şəkildə cilvə edir. Qarşı tərəfin danışdığı detalları xatırlamaq, onunla maraqlanmaq, ehtiyac duyduğu zaman yanında olmaq kimi davranışlar Xərçəngin diqqət göstərmə üsullarından sayıla bilər. Onun flörtü daha çox sözlərdən deyil, kiçik və səmimi jestlərdən hiss olunur.

Oxatan üçün isə cilvə əyləncə və yumorla əlaqəlidir. Xoşladığı insanla uzun söhbətlər edir, zarafatlaşır və müxtəlif mövzular ətrafında ünsiyyəti davam etdirməyə çalışır. Bəzən onun davranışları o qədər təbii olur ki, özü belə bunun flört olduğunu fərq etməyə bilər.

Balıq bürcünün cilvəsi isə daha romantik xarakter daşıyır. Baxışları, səs tonu və qarşı tərəfə göstərdiyi xüsusi diqqət onun marağını üzə çıxara bilər. Söhbət zamanı deyilən detalları xatırlaması və qarşısındakı insanı diqqətlə dinləməsi də Balığın fərqli ünsiyyət üsullarından biridir.

Astrologiyaya görə, bu bürclərin hər biri marağını fərqli şəkildə göstərsə də, onların ortaq xüsusiyyəti qarşı tərəfə diqqət və marağı davranışları ilə hiss etdirmələridir.

Jalə

JD
Jalə Davud