İdman

Azərbaycan komandası WorldSkills Shanghai 2026-da bayraqla keçid etdi - VİDEO

Azərbaycan komandası WorldSkills Shanghai 2026-da bayraqla keçid etdi - VİDEO

Azərbaycan nümayəndə heyəti Şanxayda keçirilən 48-ci WorldSkills Competition çərçivəsində təşkil olunan açılış mərasimində ölkə bayrağı ilə keçid edib.

Demokrat.az Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan komandasının bayraqdarı komanda rəhbəri Samir Xurşudov olub.

Azərbaycan WorldSkills Shanghai 2026-da 7 ixtisas üzrə təmsil olunur. Komandada qaynaq üzrə Cahid Güləhmədov, avtomobil texnologiyaları üzrə Çərkəz Vəliyev, dəmiryol nəqliyyatı texnologiyaları üzrə Elsevər Yaqublu, elektronika üzrə Orxan Mustafayev, veb texnologiyaları üzrə Emil Hüseynov, aşpazlıq üzrə Cavid Məmmədov, kibertəhlükəsizlik üzrə isə Əli Məhərrəmli və Yusif Kazımlı yer alır.

Məlumata görə, WorldSkills Shanghai 2026 yarışında 70-dən çox ölkə və regiondan 1 400-dən çox iştirakçı 64 ixtisas üzrə mübarizə aparır.

Yarış peşə bacarıqları üzrə dünyanın ən böyük beynəlxalq tədbirlərindən biri hesab olunur.

JD
Jalə Davud