Ermənistanın XİN başçısı Ararat Mirzoyan İrəvanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə mətbuata birgə bəyanatında deyib ki, İrəvan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini başa çatdırmağa hazırdır.
Bununla bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Mirzoyanın indi belə bir açıqlama verməsi təsadüfi deyil:
“Çünki Aİ Şurası Ermənistandakı müşahidə missiyasının mandatını 2027-ci ilədək uzadıb. Azərbaycanın sülh sazişindəki tələblərindən biri o idi ki, 3-cü ölkəyə məxsus qüvvələr Azərbaycan ərazisindən çıxarılmalıdır. Ermənistan bu tələbi faktiki yerinə yetirmədi. Yəni Avropa İttifaqı (Aİ) Şurası təşkilatın Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatını daha iki il uzatdı. Bu isə faktiki olaraq sülh sazişini sual altına salır. Məhz bu kontekstdə Mirzoyanın yenidən bu açıqlamanı verməsi Ermənistanı sülhpərvər kimi göstərir. Mirzoyan göstərməyə çalışır ki, Ermənistan hazırda sülh müqaviləsinin imzalanmasına hazırdır. Məhz bu kontekstdə sülh sazşinin mövcud şərtlərdə imzalanması Ermənistanın maraqlarına xidmət edir. Yəni Ermənistanın XİN başçısı beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışır. Guya ki, Ermənistan sülh prosesinin başladılmasına hazırdır, Azərbaycan hazır deyil, Azərbaycan sülhdən yana deyil. Mirzoyan bu açıqlamaları ilə gözdən pərdə asmağa çalışır”.
Leyla Turan
Demokrat.az