15 yaşlı qız tiktok videosuna görə öldürülüb.
Demokrat.az xəbər verir ki, ABŞ-də doğulan 15 yaşlı qız Pakistanda qətlə yetirilib. Qızın atası yeniyetmənin ölümündə şübhəli bilinir.
Ailəsi ilə birlikdə ABŞ-dən Pakistana qayıdan kişi polisə 15 yaşlı qızını TikTok videoları səbəbilə öldürdüyünü etiraf edib.
Hadisə, Pakistanın Quetta şəhərində baş verib. Şübhəli şəxs Anwar ul-Haq əvvəlcə qızını naməlum silahlı şəxslərin öldürdüyünü bildirmişdi, amma daha sonra cinayəti özünün törətdiyini etiraf edib.
Polis rəsmisi Babar Balochun sözlərinə görə aparılan araşdırmalar qızın geyimindən, həyat tərzindən və sosial münasibətlərindən narazı olan ailənin qətli motivi olduğunu göstərib. Digər polis müstəntiqi Zohaib Mohsin bildirib ki, qızın telefonu aşkar olunub, amma kilidlidir. "Biz bütün tərəfləri araşdırırıq, o cümlədən "namus qətli"ni," deyə o Reuters-ə açıqlama verib.
Pakistanın 241 milyonluq əhalisinin 54 milyondan çoxu TikTok istifadə edir. Hökumət son illərdə məzmun moderasiyası ilə bağlı mütəmadi olaraq video paylaşım platformasını bloklayıb. Islamabad TikTok-un "uyğunsuz məzmun" adlandırdığı videoları bəyənmir və sosial şəbəkə artıq Pakistanın tələb etdiyi bəzi məzmunları silməkdə razılaşıb.
Hüquq müdafiəçilərinin məlumatına görə, Pakistanın hər il 1000-dən çox qadını "namus" məsələlərinə görə ailə və ya icma üzvləri tərəfindən öldürülür. Bu, evdən qaçmaq, sosial şəbəkələrdə məzmun paylaşmaq, kişilərlə dostluq etmək və ya qadınlarla bağlı mühafizəkar dəyərlərə zidd olan hər hansı hərəkət nəticəsində baş verir. (Milli.az)